ABŞ Türkiyə ilə bir çox bölgələrdə, o cümlədən Qafqazda əməkdaşlıq etməkdə maraqlıdır.
Unikal.org xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“ABŞ-ın sadəcə Liviya və Suriya məsələlərində deyil, Aralıq dənizindən Qara dənizə və Qafqazadək bir çox regionda bizimlə əməkdaşlıq etmək arzusunda olduğunu görürük”, - deyə XİN başçısı bildirib.