“Bu iclasımız Azərbaycan Respublikasının tarixində dönüş yaratmış bayram ərəfəsində keçirilir”.
Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi rəhbərliyə qaytarılması xalqımızı uçurumun bir addımlığından geri qaytardı: “Ümummilli liderimizin o dövrdəki fəaliyyətinin mahiyyəti böyükdür. Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti xalqın yolunda hər cür fədakarlığa hazır olmaq nümunəsidir. Müasir Azərbaycan Respublikası Heydər Əliyev dühasının məhsuludur. Ulu öndər Heydər Əliyevin davamçısı olan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində 30 il işğaldan sonra ərazi bütövlüyümüz təmin edildi. Bu, Cənubi Qafqazda yeni reallıq yaradıb. Bu gün Azərbaycan böyük coğrafiyada söz sahibi olan dövlətdir. Milli Qurtuluş Günü münasibətilə bütün xalqımızı təbrik edirəm”.