Ermənistan Azərbaycana bu ölkənin minalanmış ərazisinin yalnız kiçik hissəsinin xəritəsini verib.
Unikal.org xəbər verir ki, bu barədə Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan bildirib.
Paşinyanın sözlərinə görə, o, bu mövzuda müzakirələrin sonrakı mərhələsinə hazırdır.
O, bildirib ki, minalanmış ərazilərin təhvil verilən xəritəsi xəritələrin kiçik hissəsidir. “Qeyd etmək istəyirəm ki, dekabr ayında xəritələr mübadiləsini etdik və bunlar bizim mövqelərimizdəki minalanmış sahələrin xəritələri deyil, Azərbaycanın (minalanmış ərazilərinin -red) xəritələridir", - hökumət başçısı deyib.
Qeyd edək ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.