Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun işğaldan azad olunmuş ərazilərdə mövcud vəziyyətlə tanışlıq səfərlərinin təşkili davam etdirilir.
Unikal.org xəbər verir ki, iyunun 13-də Azərbaycanda daimi əsasda akkreditə olunmuş və qeyri-rezident səfirlərin, hərbi attaşelərin və digərlərinin, ümumilikdə 120-dən çox xarici diplomatik nümayəndənin Ağdam rayonuna səfəri təşkil olunub.
Səfər zamanı iştirakçılara işğal nəticəsində yaşayış məntəqələrinin, tarixi-mədəni obyektlərin dağıdılması, törədilmiş vandalizm aktları barədə yerində ətraflı məlumat veriləcək. Həmçinin diplomatlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilməsinə başlanmış bərpa və yenidənqurma işləri ilə yaxından tanış olacaqlar.