"Türkiyə-Azərbaycan qardaşlığı bölgədə sülhün, rifahın və sabitliyin qarantıdır"
Unikal.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsselə səfərindən öncə keçirilən mətbuat konfransında deyib.
"Azərbaycan Qarabağda tarixi qələbəyə imza ataraq 30 illik işğala son verdi. Bu qələbə bölgədə davamlı sülh və sabitliyin qapısını açdı. Ötən ilin dekabr ayının 10-da Bakıda keçirilən Zəfər paradını izlədik, Azərbaycanın haqlı qürurunu paylaşdıq. Növbəti səfərimizdə isə Zəfərin qazanıldığı torpaqlara, Şuşaya gedəcəyik", - deyə Ərdoğan qeyd edib.