Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycandakı səfər proqramı bəlli olub.
Unikal.org TRT-yə istinadən xəbər verir ki, Bakıya gələn Ərdoğan buradan Ermənistan işğalından azad edilən Şuşaya yollanacaq.
Türkiyə lideri Şuşada Prezident İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq.
Bundan sonra liderlərin təkbətək görüşü olacaq, ardından müqavilələr bağlanacaq və birgə mətbuat konfransı keçiriləcək.
Ərdoğan gecəni Bakıda keçirəcək və ertəsi gün təmaslarını davam etdirəcək. Prezident çərşənbə günü Azərbaycan Milli Məclisinə xitab edəcək.
O, Azərbaycana səfərinin son günündə Türkiyə Milli Komandasının Uelslə keçirilən oyununu izləyəcək.