General-mayor Hikmət Həsənov Silahlı Qüvvələr Günü ilə bağlı təəssüratını bölüşüb.

Unikal.org xəbər verir ki, AzTV-yə danışan general 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Bütün Azərbaycan xalqını təbrik edirəm. Bu zəfərin təməlində cənab Ali Baş Komandanın polad iradəsi, mükəmməl idarəetməsi, cəsarəti, Azərbaycan Ordusunun döyüş sahəsindəki igidliyi və Azərbaycan xalqının birliyi, vətənpərvərliyi, qələbəyə inamı, cənab Ali Baş Komandanın ətrafında vahid şəkildə birləşməsi dayandı”, - deyə H.Həsənov bildirib.