AVRO-2020-nin 1/8 final mərhələsi davam edir.
Unikal.org xəbər verir ki, mərhələnin son gününə Londonda start verilib.
İngiltərə yığması doğma “Uembli”də Almaniyanı qəbul edib. Qarşılıqlı hücumlarla keçən görüşdə böyük britaniyalılar cüzi ərazi üstünlüyünə malik olub.
Qarşılaşmanın taleyi matçın sonlarında həll olunub. İlk qol 75-ci dəqiqədə vurulub. Rahim Sterlinqin qolu futbolun yaradıcılarını hesabda önə çıxarıb. Buraxılan qoldan sonra Bundestim məğlubiyyətdən qaçmağa çalışsa da, hesabda tarazlıq yarada bilməyib. Görüşün sonlarında Harri Keyn ikinci qolu vuraraq fərqi artırıb. Bu, İngiltərəni 1/4 finala daşıyıb. Almaniya isə AVRO-2020 ilə vidalaşıb.
Qeyd edək ki, İngiltərənin 1/4 finaldakı rəqibi bu gün keçiriləcək İsveç – Ukrayna matçında bəlli olacaq. Bu oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.