Göygöl rayonunda çoban mal-qara otaran zaman minaya düşüb.

Unikal.org xəbər verir ki, hadisə rayonun Bənövşəli yaylağı deyilən ərazidə qeydə alınıb.

Yaylaq ərazisində mal-qara otaran, 1990-cı il təvəllüdlü Ocaqquliyev Ramal Kamal oğlu minaya düşüb.

O, hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.(report.az)