Hacıqabul rayonunun Qubalı kəndində ümumi sahəsi 288 m² olan ikimərtəbəli evdə yanğın olub.

Unikal.org xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə yanğın 6 otaqlı evdə baş verib. 

Bildirilib ki, evin yanar konstruksiyaları, ev əşyaları, evin damına yığılan 100 ədəd, evə bitişik yığılan 300 ədəd taxta taralar və yaxınlıqda ümumi sahəsi 150 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanaraq kül.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın FHN-in bölmələri tərəfindən söndürülüb.