Bu gün axşam saatlarında Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində intihar hadisəsi baş verib.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Yavər Əliyev küçəsində yerləşən “Akkord” kompleksində qeydə alınıb.

Belə ki, 30-35 yaşlı qadın özünü binanın damından atıb. O, hadisə yerində keçinib.  İlkin məlumata görə, intihar edən qadın sözügedən binanın sakini olmayıb.

Faktla bağlı araşdırma aparılır.