Gədəbəy rayonunun Saratovka kəndində ağır yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki,  "Toyota Prado" markalı avtomobilin aşması nəticəsində xəsarət alanların sayı 8 nəfərə çatıb. Yaralılar Musazadə Aysel Vüqar qızı (2008-ci il təvəllüdlü), Məmmədova Aytəkin Həsən qızı (1987-ci il təvəllüdü), Həsənova Çiçək İsmayıl qızı (1964), Musazadə Leyla Vüqar qızı (2008), Əsgərzadə Samirə Qəzənfər qızı (1987), Musayeva Vəfa Qəzənfər qızı (1988), Musazadə Fatimə Vüsal qızı (2009), Musayev Camal Vüsal oğludur (2018).

Onlardan vəziyyəti ağır olanlar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.