Vəzifəsindən azad edilən hərbi qulluqçu Dövlət Sərhəd Xidmətini (DSX) məhkəməyə verib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Göytəpə Sərhəd Dəstəsinin təhqiqat bölməsinin keçmiş təhqiqatçısı Tural Azadəliyev Bakı İnzibati Məhkəməsində DSX-yə qarşı məhkəmə iddiası qaldırıb. İş hakim Orxan Həsənovun icraatına verilib.
O, uyğunsuzluqla hərbi xidmətdən xaric edilməsi qərarının ləğv edilməsini tələb edir.
Qeyd edək ki, T.Azadəliyev 2020-ci ildə DSX-də xidmətə qəbul olunub. Daha sonra isə onun hərbi biletinə uyğunsuzluq maddəsi yazılıb və xidmətdən xaric edilib.
Murad İbrahimli