Qaxda iki minik avtomobili toqquşub, yaralılar var.

Unikal.org xəbər verir ki, hadisə axşam saatlarında Qax-İlisu avtomobil yolunun rayonun Qaxbaş kəndi ərazisindən keçən hissəsində baş verib.

İki minik avtomobilinin toqquşması nəticəsində beş nəfər xəsarət alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Hazırda yaralılara ilkin yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır. (apa.az)