Xəzər rayonunun Buzovna qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Unikal.org-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 11-də saat 20 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində paytaxt sakini A.Yusifov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən kişini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.