İranda ötən sutka ərzində 568 nəfər koronavirusdan (COVID-19) ölüb.

Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 96215 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 39049 nəfər koronavirusa yoluxub. Beləliklə virusa yoluxanların sayı 4320266 nəfərə çatıb.