Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən su anbarında yanğın başlayıb.

Unikal.org xəbər verir ki, yanğın Ceyranbatan gölünün yaxınlığında, mühafizə zolağından kənarda baş verib.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb olunub. Yanğın FHN-in yanğınsöndürən qüvvələri tərəfindən məhdudlaşdırlıb, geniş əraziyə yayılmasının qarşısı alınıb.

Məlumatı FHN-dən təsdiqləyiblər.