Quba rayonun fəhlə işlədiyi binada faciəvi şəkildə ölüb.
Unikal.org xəbər verir ki, bədbəxt hadisə şəhərin Əliqulu Nərimanov küçəsində qeydə alınıb.
İlkin məlumata görə, tikilidə fəhlə işləyən Quba şəhər sakini,1967-ci il təvəllüdlü Elman Məcnun oğlu Abbasov yıxılaraq ölüb.
Hadisə yerinə Quba Rayon Prokurorluğunun əməkdaşları gələrək zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirir.
Qeyd edək ki, bir neçə ay bundan öncə də həmin binada fəhlə elektrik enerjisi vurması səbəbindən ölüb.