Bu gün gündüz saatlarında 30 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusunun sərinləndirmə sistemində əmələ gələn texniki nasazlıq səbəbindən tüstülənmə hadisəsi baş verib.
BNA-nın mətbuat katibi Mais Ağayev Unikal.org-a açıqlamasında bildirib ki, sürücü təlimata uyğun davranaraq ilk növbədə sərnişinlərin avtobusdan çıxmasını təmin edib və dərhal müdaxilə edərək tüstülənmənin qarşısını alıb.
O qeyd edib ki, bir sıra informasiya saytlarında baş verənlər yalnış formada təqdim edilərək avtobusda yanğın hadisəsinin olması kimi göstərilib. Lakin təqdim edilən fotolardan da aydın şəkildə göründüyü kimi sərniləndirmə sistemində yanğın olmayıb.