İmişli rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Unikal.org Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yerli vaxtla saat 16:28-də Saatlı stansiyasından 15 km şimalda, İmişli rayonunda zəlzələ qeydə alınıb.
Maqnitudası 3,1, dərinliyi isə 52 km olan təkanlar hiss olunmayıb.