Bakıda aeroport yolunda avtomobil yanıb.

Unikal.org xəbər verir ki, hadisə  Buzovna qəsəbəsi ərazisində alınıb.  Belə  ki,  “Gelandewagen” markalı avtomobil qəfil alışıb.

Nəticədə maşın yanmağa başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Yanğının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.