Avqustun 17-i saat 11 radələrində Ucar rayonu ərazisində bir nəfər şəxsin elektrik dirəyindən yıxılması və almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ucar rayon prokurorluğundan Unikal.org-a verilən məlumat görə, ilkin araşdırmalarla müəyyən edilmişdir ki, rayon sakini 1954-cü il təvəllüdlü Nəbi Əliyev yaşadığı evə gələn elektrik xəttini düzəltmək istəyərkən ehtiyatsızlıqdan cərəyan vurması nəticəsində dirəkdən yerə yıxılaraq almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.