"Formula 1"in belçikalı icraçı direktoru Natali Mailletin evində ölü tapılıb.
Unikal.org xəbər verir ki , 51 yaşlı qadın yataqda silahla vurularaq, öldürülüb. Belə ki, Natilinin əri Franz Dubois evə gələndə dəhşətli mənzərə ilə qarşılaşıb. O, Natalini başqa bir qadınla yataqda görüb. Bundan sonra kişi hər iki qadını silahla vuraraq, qətlə yetirib.
Franz Dubois cinayətdən sonra intihar edib. Evdən gələn silah səslərindən sonra qonşular polisə xəbər veriblər. Hadisə yerinə gələn polis hər 3 cəsədi tibbi ekspertizaya göndərib.
Faktla bağlı cinayət işi açılıb.
Seymur Əli