AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Unikal.org-un məlumatına görə, yığıncaqda Premyer Liqanın I turunda baş verənlər müzakirə olunub və 2021/22 mövsümünün ilk cəzaları verilib.

“Neftçi”nin futbolçusu İsmayıl Zülfüqarlı “Qəbələ” ilə oyuna sifariş vərəqəsində qeyd olunduğundan fərqli nömrəli formada meydana çıxıb. Qeyri-peşəkarlığa yol verən Bakı klubu 800 manat cərimə olunub.

“Səbail”lə ev matçında “Sabah”ın üzvü Mikels Coy Lens qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. O, klubunu 200 manat ziyana salıb.