Azərbaycan güləşçisi Birgül Soltanova gənclər arasında təşkil olunan dünya çempionatının bürünc medalını qazanıb.

Unikal.org xəbər verir ki, 62 kq çəkidə mübarizə aparan idmançı Rusiyanın Ufa şəhərində təşkil olunan mundialda mükafatçılar sırasına düşüb.

O, üçüncü yer uğrunda görüşdə almaniyalı Luisa Şeel ilə qarşılaşıb və rəqibinin kürəyini yerə vurub.

Qeyd edək ki, dünən daha bir qadın güləşçimiz – 59 kq çəkidə yarışan Jalə Əliyeva da bürünc mükafat əldə edib.