Ankara, Bilkent və Hacettepe Universitetindən olan elm adamları koronavirusa qarşı qoruyucu dərman hazırlayıblar.

Unikal.org xəbər verir ki, Ankara Universiteti Biotexnologiya İnstitutunun Direktoru və Virologiya bölməsinin professoru, doktor Aykut Özkulun rəhbərliyi altında hazırlanan burun spreyi şəklində yerli koronavirus dərmanının mərhələli araşdırmaları yekunlaşıb. 

Bilkent Universitetinin müəllimi və Sintetik Biologiya Mütəxəssisi dosent Urartu Şeker bildirib ki, sözügedən dərman yaranabiləcək bütün variantlara qarşı təsirli olacaq.

"Bu, peyvənd deyil, qabaqlayıcı bir dərmandır", - deyə doktor əlavə edib. 

Bildirilib ki, dərman xüsusi zülal sayəsində virusun tək bir nöqtəsinə deyil, virusun bir çox hissəsinə bağlanaraq hüceyrələrə yoluxmasına maneə törədə bilən bir mexanizmə sahibdir. 

Ağarza Elçinoğlu