Əfqanıstanın Kabil şəhərində bu gün 3-cü partlayış törədilib.

Unikal.org-un Tükriyə KİV-nə istinadən verdiyi xəbərə görə, üçüncü partlayışda ölənlər və yaralılar var.

Hər 3 partlayışda ümumi olaraq, 25 nəfərin öldüyü, 90 nəfərin yaralandığı bildirilir.

Kabildə olan ABŞ ordusunun isə 4 hərbçisi ölüb, 3-ü yaralanıb.

ABŞ mediasının məlumatına görə, ilk partlayış İŞİD terrorçusunun təxliyə gözləyən qərblilərin qaldığı "The Baron" otelinin qarşısında özünü partlatması nəticəsində baş verib.