Avropada 2020/21 mövsümünün ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib.
Unikal.org xəbər verir ki, bu mükafata İngiltərənin “Çelsi” komandasının baş məşqçisi Tomas Tuxel layiq görülüb.
O, səsvermədə 378 xalla birinci olub. Almaniyalı mütəxəssis bu baxımdan İtaliya millisinin baş məşqçisi Roberto Mançini (292) və “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiolanı (198) qabaqlayıb.
Qadın futbolunda da mövsümün ən yaxşı baş məşqçisi bilinib. Bu ada “Barselona”nın baş məşqçisi Luis Kortes layiq görülüb.