Rusiyada “Su-24” bombardmançı təyyarəsi qəzaya uğrayıb.

Unikal.org-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, təyyarə qəzası Perm vilayəti ətrafında baş verib.

“Su-24” bombardmançı təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.

Hazırda “Su-24”-ün katapult edən iki ekipaj üzvünün axtarışları aparılır.