Avqustun 28-də - "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarının dördüncü günündə 61 ölkənin idmançıları medal qazanıblar.
Unikal.org xəbər verir ki, medal siyahısına Çin komandası liderlik edir. Bu ölkənin idmançıları 30 qızıl, 21 gümüş və 26 bürünc medal qazanıblar.
İkinci pillədə 16 qızıl, 12 gümüş və 15 bürünc medalla Böyük Britaniya təmsilçiləri, üçüncü yerdə isə Rusiya Paralimpiya Komitəsinin atletləri 13 qızıl, 7 gümüş və 20 bürünc medalla qərarlaşıblar.
Hesabında 7 qızıl və 2 bürünc medal olan Azərbaycan yeddinci pillədə yer alıb. Digər pillələrdə Braziliya (6-5-12), Niderland (6-5-5) və İtaliya (5-7-6) qərarlaşıblar.
Qeyd edək ki, "Tokio-2020"də ölkəmiz idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı ilə təmsil olunur. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.