İslandiyanın paytaxtı Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının üçüncü turunun oyunları keçirilib.

Unikal.org xəbər verir ki, qitə birinciliyinin üçüncü turunda şahmatçılarımız Rauf Məmmədov və Nicat Məmmədov xarici həmoyunçuları Vojtech Plat (Polşa) və Martin Vekker (Almaniya) üzərində qələbə qazanıblar. 

Digər təmsilçilərimiz Nicat Abasov Hans Stefansson (İslandiya), Vasif Durarbəyli David Gavrilescu (Rumıniya), Riad Səmədov Alexander Domalchuk (Ukrayna) ilə heç-heçə ediblər. 

Təmsilçilərimizdən Aydın Süleymanlı Liviu Dieter Nisipeanu (Almaniya) ilə qarşılaşmada uduzub.

İki turdan sonra şahmatçılarımız R.Məmmədov, N.Məmmədov 2,5, N.Abasov, V.Durarbəyli 2, A.Süleymanlı 1,5, R.Səmədov 1 xala malikdirlər.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.