Bakı-Qazax avtomobil yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Unikal.org-un məlumatına görə, hadisə magistral yolun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Yük maşını və iki minik avtomobilinin toqquşması zamanı 1942-ci il təvəllüdlü Bəxtiyar Rəcəbov və həyat yoldaşı, 1949-cu il təvəllüdlü Şərqiyə Rəcəbova xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.