“Bayraktar TB2” PUA-larının yeni və daha təkmilləşdirilmiş versiyası olan “Akıncı”ların Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi münasibətilə mərasim təşkil olunub.

Unikal.org xəər verir ki, tədbirdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Dövlət başçısı yeni texnologiyalar sayəsində Türkiyənin bu sahədə dünya liderlərindən birinə çevrildiyini bildirib. Həmçinin, o, hazırda bir çox ölkənin Türkiyə PUA-larını əldə etmək üçün növbəyə düzüldüyünü qeyd edib.