Türkiyədə Bingöl bələdiyyəsinin Yayladere mahalı çölündə meşə yanğını başlayıb.

Unikal.org xəbər verir ki, hazırda yanğının nəzarət altına alınması yönündə işlər görülür. 

Bildirilib ki, Yayladere mahalının Çıkan və Sarıtosun kəndlərindəki meşə sahəsində naməlum səbəbdən gündüz saatlarında yanğın baş verib. 

Bölgədən tüstü çıxdığını görənlər vəziyyəti Bingöl Meşə Təsərrüfatı Müdirliyinə bildiriblər. 

Hazırda yanğının söndürülməsi işləri davam edir.

Ağarza Elçinoğlu