ABŞ Silahlı Qüvvələrinin bazar günü Kabilə endirdiyi raket zərbəsi nəticəsində 9 nəfər həlak olub. Onların hamısı eyni ailənin üzvləridir.
Unikal.org xəbər verir ki, bu barədə “CNN” qurbanların yaxınlarına istinadən məlumat yayıb.
Həlak olanların arasında ən kiçiyinin iki yaşı olmaqla, 6 uşaq var.
Xatırladaq ki, Amerika qüvvələri bazar günü Kabildə “İŞİD” terror təşkilatının bir qolu olan “Xorasanda İslam Dövləti” yaraqlılarının planlaşdırdığı terror aktının qarşısını almaq üçün PUA-dan zərbələr endirib. Yaraqlıların partlayıcı maddə olan avtomobili məhv edilib.
Məlumata görə, ABŞ qüvvələrinin hücumu iki nəqliyyat vasitəsini və bir yaşayış binasını qismən dağıdıb.