Avropa Birliyi (AB) Egey dənizində qaçqınlara edilən qeyri-insanı münasibətlərə görə Yunanıstan sahil təhlükəsizliyinə ayrılan yardımları dayandırıb.
Unikal.org xəbər verir ki, AB Komissiyası müstəqil araşdırmaq mexanizmi yaratmadığı müddətcə Yunanıstan hökumətinə bu dəstəyin edilməyəcəyini bildirib.
Alman mediasına danışan AB komissarı Ylva Johansson deyib ki, Yunanıstan Egey dənizi ilə bağlı yardım tələbi edib:
"Biz də onlara belə bir yardımın təməl haqları qoruyan nəzarət mexanizmi qurulmasına bağlı olacağını bildirdik".
Xəbərdə qeyd edilib ki, yunan sahil qüvvələri qaçqınların qayıqlarına atəş açır, onlara qeyri-insani münasibət bəslənilir.
Ağarza Elçinoğlu