Braziliyanın Arabatuba şəhərində banka silahlı hücum olub.  

Unikal.org xarici KİV-ə  istinadən xəbər verir ki, bir qrup silahlı səhər saatlarında Arabaatubanın mərkəzindəki  banka  hücum ediblər. Hətta  onlar  soyğun zamanı  bir neçə  nəfəri  girov götürüblər. Polisdən qaçan şəxslər ərazidəki  maşınları  yandırıb. 

Girov götürdükləri  bank  işçilərini  isə maşına bağlayaraq onlardan sipər kimi istifadə ediblər. Hazırda  polislər  soyğunçuların izinə  düşüb.