Nigeriyanın Borno əyalətinin şimal-şərqindəki sərhəd bölgələrinin birində ishal (diareya) səbəbilə indiyə qədər ən azı 35 nəfər həyatını itirib.
Unikal.org xəbər verir ki, yerli hökumət bölgəsinin sədri İbrahim Bukar, epidemiyanın həftə sonu Borno əyalətinin Gvoza qəsəbəsində başladığını və indiyə qədər yoluxan 150 nəfərdən ən azı 35 adamın öldüyünü bildirib.
Bukar onu da deyib ki, sərhəd bölgələrindəki su təchizatı mənbələrinin çoxunun cəsədlər, kimyəvi maddələr və tullantılarla çirklənməsi sözügedən xəstəliyin əsas səbəblərindən biridir.
Qeyd edək ki, Borno əyaləti Nigeriyada terror qruplaşmalarının ən çox hücum etdiyi bölgələrdən biridir.
Ağarza Elçinoğlu