ABŞ-ın Kabildə İŞİD-i hədəf aldığı raket hücumunda 7 uşaq ölüb. Əfqanıstan uşaq olmaq üçün ən pis yerlərdən biridir. Burada uşaqlara peyvənd belə vurulmur.
Unikal.org xəbər verir ki, bunu UNİSEF-in Əfqanıstan nümayəndəsi Herv Dö Liz deyib.
Liz uşaqların silahlı qruplar tərəfindən istifadə edildiyini və yalnız bu il qarşıdurmalarda 550 uşağın öldüyünü, 1400-dən çox uşağın yaralandığını bildirib.