Çərşənbə axşamı gecə yarısından etibarən Kaliforniyanın 20 milyon hektar ərazisi (təxminən 80.937 kvadrat kilometr) iki həftə ərzində ictimaiyyətə bağlanacaq.
Unikal.org xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Kənd Təsərrüfatı və Meşə Xidməti məlumat yayıb.
Kaliforniya Regional Meşə səlahiyyətlisi Jennifer M.Eberlien tərəfindən imzalanan qərarda, sözügedən bağlanmaya səbəb kimi hələ də davam edən Kaliforniya meşə yanğınları göstərilib:
"Yanğın böhranı səbəbilə ictimaiyyət və yanğınsöndürənlərin təhlükəsizliyini daha yaxşı təmin etmək üçün belə bir qərar verdim", - deyə Eberlien bildirib.
Bəyanatda qeyd olunub ki, bağlanış çərşənbə axşamından başlayacaq və sentyabrın 17-dək davam edəcək.
Ağarza Elçinoğlu