Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının həkimi, Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının üzvü Vüsalə Kazımovaya növbəti dəfə etimad göstərib.
Unikal.org xəbər verir ki, azərbaycanlı həkim oğlan və qız voleybolçular arasında keçiriləcək çimərlik voleybolu üzrə U18 Avropa çempionatının oyunlarına təyinat alıb.
Kazımova 2-5 sentyabr tarixlərində Sloveniyanın Lyublyana şəhərində keçiriləcək oyunlara Avropa Voleybol Konfedrasiyasının (CEV) Tibbi nümayəndəsi olaraq nəzarət edəcək.