Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı qadınların nazir və digər yüksək vəzifələrdə işləməsinə icazə verməyəcək.
Unikal.org xəbər verir ki, bu barədə “BBC” yə “Taliban”ın Dohadakı siyasi ofisinin rəhbərinin müavini Şir Məhəmməd Abbas Stanikzay deyib.
Onun sözlərinə görə, inanclarına baxmayaraq, Əfqanıstanda qadınlar hökumətdə rol oynamağa davam edəcəklər. ABŞ-la əməkdaşlıq edən qadınlar isə ümumiyyətlə dövlət vəzifələrində çalışa bilməyəcəklər.
Stanikzay əlavə edib ki, yeni hökumətin tərkibi yaxın günlərdə açıqlanacaq. Eyni zamanda Kabil hava limanı da yenidən fəaliyyətə başlayacaq.
"Taliban" yaraqlıları avqustun 15-də Əfqanıstanda hakimiyyəti ələ keçirib.