Rusiya prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqunun gələcək perspektivindən danışıb.

Unikal.org xəbər verir ki, o, "Vahid Rusiya" partiyasının proporsional siyahısında ilk yerlərdə olan nazirlərin son qərarı özlərinin verməli olduğunu deyib.

"Açığı, Lavrovla Şoyqunu Dövlət Dumasına (parlament) buraxmağa heyfim gəlir. Onlar öz işlərində yaxşıdırlar. Qərarı özləri verməlidir".

Bundan başqa, Putin Ukrayna ilə münasibətlərin normalaşacağına ümid bəslədiyini də söyləyib.

Ağarza Elçinoğlu