Suriyanın şimalında, "Fırat qalxanı" hərəkatı bölgəsində yerləşən Türkiyə hərbçilərinin bazasına raket zərbələri endirilib.

Unikal.org xəbər verir ki, hadisə bu gün baş verib.

Belə ki, PKK/YPG terrorçularının nəzarətindəki Menbic bölgəsindən Əl-Bab şəhərinə raket zərbələri endirilib, Türkiyə Ordusunun bir hərbçisi şəhidi olub, 4 əsgər yaralanıb.

Ağarza Elçinoğlu