Türkiyə Kabil hava limanının idarəsi məsələsində Qətər və ABŞ-la əməkdaşlıq edir.
Unikal.org xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Biz Qətər və ABŞ-la Kabil hava limanının idarəsi məsələsində işləyirik. Hazırda təyyarələr hava limanından uça və eniş edə bilərlər. Bəzi aviaxətlər artıq reysləri yeniləyiblər", – deyə o bildirib.
Qeyd edək ki, Çavuşoğlu Baydenin ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması haqqında qərar verməsini pisləyib.
Ağarza Elçinoğlu