"Rossiya Seqodnya" agentliyinin baş direktoru, tanınmış teleaparıcı Dmitriy Kiselyov koronavirusa yoluxub.
Unikal.org xəbər verir ki, o, koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
RİA Novosti-yə açıqlama verən Kiselyov 38-dən yuxarı hərarətinin olduğunu, xəstəxanaya aparıldığını, müalicənin nəticə verdiyini söyləyib.
Rusiyalı jurnalist həkimlərin proqnozunun nikbin olduğunu da qeyd edib .