Türkiyənin Kayseri-Niğde yolunda mikroavtobusla yük maşınının toqquşması nəticəsində 18 nəfər yaralanıb.

Unikal.org bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, qəza "Həyat" bazarının yaxınlığında baş verib. Qəzada yaralananlar meyvə-tərəvəz satışı ilə məşğul olan satıcılardır.

Yaralılardan 5-nin vəziyyəti ağırdır.

Polis hadisənin səbəblərini araşdırır.