Meksikanın Herrero ştatının Akapulko şəhərində 7,1 maqnitudalı zəlzələ olub.

Bu barədə Unikal.org ölkənin Milli Seysmoloji Xidmətinə istinadən xəbər verir.

Onun məlumatına görə, yeraltı təkanların episentri Akapulkodan 14 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Meksikanın paytaxtında güclü zəlzələ barədə xəbərdarlıq sireni işə düşüb.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.