Rusiyanın Moskva vilayətinin Noqinsk şəhərində yaşayış binasında partlayışda ölənlər var.

Unikal.org xəbər verir ki,  Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi rəisinin köməkçisi Anna Tertiçnaya TASS-a bildirib ki, partlayışda bir kişi və bir qadın həlak olub, beş nəfər yaralanıb. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

O, yaralılar arasında uşaqların olduğunu da bildirib.

***10:04

Rusiyanın Moskva vilayətində çoxmənzilli yaşayış binasında partlayış olub.

Unikal.org xarici  KİV-ə  istinadən xəbər verir ki, hadisə Noqinskdə baş verib.

Partlayış nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan biri azyaşlıdır. Bildirilib ki, 170 sakin evakuasiya edilib. Xilasetmə tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb. Hadisənin səbəbləri araşdırılır. Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.