Xəbər verdiyimiz kimi, Ağdərədə tutulan Azərbaycan hərbi qulluqçusu Cəmil Babayev Azərbaycanda saxlanan iki erməni ilə dəyişdirilib.

Unikal.org-un “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, onların olduğu təyyarə Bakıdan Yerevana uçub. Erməni əsirlərin Erebuni hava limanından qayıtmasının eksklüziv görüntüləri yayılıb. 

Belə ki,  erməni  əsirlər  Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov və Mixail Kosobokov tərəfindən qarşılanıb. 

Gülayə  Mecid